Senior Toothbrushing

Ağız sağlamlığımızı unutmayaq

Haqqımızda

Bu veb-səhifə, 8 ERO İşçi Qrupundan biri olan “Yaşlanan Əhali” İşçi Qrupu tərəfindən hazırlanmışdır. Məqsədi, asılı vəziyyətdə olan şəxslərin dişlərinə və protezlərinə qulluq etməkdə baxıcılara dəstək olmaqdır.

ERO, Ümumdünya Stomatoloji Federasiyasının (FDI) Avropa Regional Təşkilatıdır və İsveçrənin Cenevrə Kantonu qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-kommersiya təşkilatıdır. ERO, FDI-nin üzv təşkilatlarını Avropa coğrafi bölgələrində bir araya gətirir.

Məqsədlər

ERO, diş həkimliyi peşəsinin müstəqil bir sahə kimi inkişafını və diş həkimi ilə pasiyent arasındakı seçim azadlığı prinsipinə əsaslanan münasibətləri təşviq etməyi hədəfləyir.

ERO üzv təşkilatlarını pasiyentlərə mümkün olan ən yaxşı ağız və ümumi sağlamlıq xidmətlərini göstərməkdə dəstəkləyir.

Etik prinsiplərə və peşəkar standartlara uyğun Avropa və milli səhiyyə siyasətlərini təşviq edir və dəstəkləyir.