1. ADI DIŞ FIRÇALARI

Yumşaq tükləri olan kiçik bir fırça başı seçin. Diş fırçasını ən azı üç ayda bir dəfə olmaqla, tüklər əks istiqamətə yönəlməyə başlayanda dəyişdirin.

2. ELEKTRIK DIŞ FIRÇALARI

Elektrik diş fırçası ilə fırçalamaq daha asan və təsirli olur. Elektrik diş fırçalarına öyrəşməyən yaşlı insanları vibrasiya və səsli işləmə narahat edə bilər. Diş fırçasını ən azı üç ayda bir dəfə olmaqla, tüklər əks istiqamətə yönəlməyə başlayanda dəyişdirin.

3. ÜÇ TƏRƏFLI DIŞ FIRÇALARI

Bəzən dişlərin iç hissəsini fırçalamaq çətin ola bilər, və bəzən insanlar diş fırçasını dişləyirlər. Belə hallarda üç tərəfli diş fırçası kömək edə bilər. Onları xüsusi online mağazalardan əldə etmək olar.

4. PROTEZLƏR ÜÇÜN DIŞ FIRÇALARI

Protezlər üçün diş fırçası iki başlıqdan ibarətdir: böyük fırça başlığı və daha kiçik 6-7 tük dəstəsi olan başlıq. Daha kiçik başlıq protezin dar olan daxili səthini təmizləmək üçün, böyük fırça isə qalan digər səthləri təmizləmək üçün istifadə olunur.

5. DIŞ FIRÇASINI TUTMAĞA KÖMƏK

Əgər şəxs diş fırçasını düzgün tuta bilmirsə, diş fırçasını əldə saxlamağa köməklik göstərəcək xüsusi tutacaq qalınlaşdırıcılar və ələ bərkitmək üçün fərqli vasitələr var. Diş həkiminizdən, gigiyenistinizdən və ya stomatoloji terapevtinizdən soruşun.

6. DIŞ SÜNGƏRLƏRI (ORAL SWABS)

Dişlərinizi fırçalaya bilmirsinizsə, ən azı qida hissəciklərini təmizləmək üçün diş süngərindən istifadə edə bilərsiniz.

7. DIŞLƏR ARASI INTERDENTAL FIRÇALAR

İnterdental fırçalar müxtəlif qalınlıqlarda olur. Ön dişlərin və azı dişlərin arasına uyğun olan qalınlığı seçin. İnterdental fırçaların dəmir nüvəsi və neylon tükləri var. Tüklər əks istiqamətə yönəlməyə başlayanda (3-5 gündən sonra) interdental fırçanın dəyişdirilməsi lazımdır. İstifadə etdikdən sonra interdental fırçanı yuyun və qurumasını təmin edin.

Tamamilə plastikdən hazırlanmış interdental fırçalar da var və onlar yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulub. Təmizləyici effekti daha aşağı olsa da, bəzi insanlar onları daha uyğun hesab edirlər. Diş çöplərindən də istifadə etmək mümkündür, lakin onlar o qədər də yaxşı təmizləmir və özündən başqasında istifadə etmək üçün uyğun deyil. Yaşlı insanlar üçün isə diş sapı, şübhəsiz ki, doğru seçim deyil, çünki onların dişləri arasında olan məsafələr çox böyükdür.

8. AIRFLOSS (HAVA ILƏ TƏMIZLƏMƏ)  

Dişlər arası fırçalama arzu olunan nəticəni vermirsə, airfloss kömək edə bilər. Bu cihazlar su və hava köməyi ilə dişlər arasından qida hissəciklərini və bir qədər ərpi təmizləmək üçün istifadə edilir. Diş həkimi və ya gigiyenist tərəfindən göstəriş varsa, airfloss sudan başqa, əlavə qorunmanı təmin etmək üçün ağız yaxalayıcıları (xlorheksidin və ya flüorid tərkibli) ilə də istifadə edilə bilər. Diqqət: airfloss udmaqda çətinlik çəkən insanlarda boğulmalara səbəb ola bilər.

DIŞ MƏCUNLARI:

Flüorlu diş məcunlarından istifadə edin. Protezləri təmizləmək üçün yumşaq, aqressiv olmayan diş məcunları, yaxşısı isə qələvisiz yuyucu vasitələrdən istifadə edin.

PreviousHomeNext