Kiməsə dişlərini fırçalamağa kömək etmək həssas bir əməliyyat olabilər: həm köməyə ehtiyacı olan şəxs, həm də kömək edən şəxs bu prosesdən çəkinəbilər. Bu məsləhətlər diş fırçalamağı həm effektiv, həm də rahat etməyə köməkedə bilər. Və hər iki tərəf bunu başa düşdükdən sonra ağız gigiyenası gündəlik birproses olaraq, təmiz və sağlam ağız kimi uğurlu nəticələrə gətirib çıxaracaqdır.
AĞIZ GIGIYENASININ APARILMASINA KÖMƏK EDƏNLƏRÜÇÜN MƏSLƏHƏTLƏR

DÜZGÜN AB-HAVA
Ağız gigiyenası zamanı göstərilən köməyin həcmini tədricən artırın.
İlk bir neçə dəfə bütün nahiyyələrin eyni dərəcədə yaxşıfırçalanmayacağını qəbul edin. Bu prosesi yaxşı təcrübə üzərində qurmaq dahaasandır, çünki mənfi təcrübə asanlıqla unudulmur.
Hər dəfə dişləri fırçaladıqda:
- Yetərincə vaxt ayırın və sakitatmosferi hədəfləyin
- Nə dəcəyinizi öncədən izah edin
- Sakit səslə danışın və qısacümlələrdən istifadə edin
- Lazım olduqda fasilələr verin
- Kömək etdiyiniz şəxsə prosesinyaxşı getdiyini bildirin, tərifləyin və lazım olduqda yumordan istifadə edin
- Prosesi bitirdiyiniz zaman bunubildirin.
Fırçalamaq çətindirsə, heç olmasa yuxarı və alt çənələrə hər güneyni dərəcədə diqqətin yetirildiyindən əmin olun: fırçalamağı səhər yuxarı çənədən,axşam isə alt çənədən başlayın.
KÖMƏK ETDIYINIZ ŞƏXS RAHATDIRSA, AĞIZƏZƏLƏLƏRI DƏ RAHATLAYACAQ!

ZAMAN VƏ YER
Əgər səhərlər və ya axşamlar kifayət qədər vaxtı və ya sakitliyi təminetmək alınmırsa, daha uyğun vaxt seçin. Bəs hamam otağında dişləri fırçalamaq uyğundeyilsə? Bu zaman fərqli bir yer seçin və su, fincan və tüpürmək üçün bir konteynergötürün.

BAŞQASININ DIŞLƏRINI FIRÇALAMAĞA KÖMƏK ETMƏK
Bunun necə edildiyini nümayiş etdirmək və ya sadəcə ünsiyyət qurmaqüçün ilk olaraq öz dişlərinizi fırçalayın.
Hər bir addıma diqqət yetirin və lazım olduqda göstərişlər verin.Siz həmçinin burada qeyd olunan diş fırçalama cədvəlinə birlikdə nəzər sala bilərsiniz.
Lazım gələrsə, hansısa nahiyyəni yenidən fırçalamaq üçün razılıqalın.

FIRÇALAMA POZASI
Diş fırçalama müxtəlif mövqelərdən həyata keçirilə bilər. Sizə vəkömək etdiyiniz şəxsə ən uyğun olan pozanı seçin. Nəzərə alınmalı olanlar:rahatlıq, təmas, yaxşı baxış nöqtəsi və ağızın bütün nahiyyələrinin əlçatanlığı.Onurğa sütununuzu da unutmayın.

HƏR IKI TƏRƏF OTURAN VƏZIYYƏTDƏ OLDUQDA
Ayaqlarınız aralı şəkildə olmaqla, kömək etdiyiniz şəxsin birbaşaqarşısında oturun. Bu, sabit bir mövqe əldə etməyə kömək edəcəkdir.
Kömək etdiyiniz şəxsin rahat oturduğundan və kifayət qədər baş dəstəyinəmalik olduğundan əmin olun (məsələn, boyun yastığı). Bu zaman ağızın əzələləri ənrahatlaşmış vəziyyətdə olur.
Əgər kömək etdiyiniz şəxs əyilmiş vəziyyətdə oturubsa, siz onunyanında stul üzərində və ya diziniz üzərində onun qarşısında otura bilərsiniz(öz sağlamlığınız üçün belinizi düz saxlayın).

KÖMƏK EDƏN ŞƏXS AYAQ ÜSTƏ VƏ KÖMƏK EDILƏN ŞƏXS OTURDUQDA
Kömək etdiyiniz şəxsin sağında/arxasında (və ya solaxaysınızsa, solunda)diaqonal olaraq dayanın. Kömək etdiyiniz şəxsin başını qoltuğunuz, sərbəstqolunuz və əliniz arasında saxlayın və başını bir az aşağı əyin. Bu vəziyyətbaşın hərəkətsiz olmasına kömək edir, ağız əzələlərini rahatlaşdırır və qaytarmarefleksinin qarşısını alır.

KÖMƏK EDƏN ŞƏXS AYAQ ÜSTƏ VƏ KÖMƏK EDILƏN ŞƏXS YATAQDA UZANILIVƏZIYYƏTDƏ OLDUQDA
Yatağı belinizin səviyyəsinə, yatağın başını isə 45 dərəcə bucaqaltına qaldırın.
Kömək etdiyiniz şəxsdən mümkünsə başını bir az sizə tərəf çevirməsinixahiş edin.
Əgər yatağın başını qaldırmaq mümkün deyilsə, kömək etdiyiniz şəxsi yanüstə uzadın. Mayelərin ağızdan axmasına imkan yaratmaq və şəxsin boğulmasınınqarşısını almaq üçün yanağın altına bir karton böyrək qabı (yaxud yumşaq nəm hopduranparça) qoyun.
Əgər yatağı qaldırmaq mümkün deyilsə, yuxarıdakıları oturan vəziyyətdəhəyata keçirin.
Sərbəst əlinizlə yanağı və dodaqları yan tərəfə çəkin ki,fırçaladığınız sahəni aydın şəkildə görə biləsiniz.
Fırçaladıqdan sonra ağzı silməyin, əksinə yanaqdan ağıza tərəftoxunan hərəkətlərlə həfif şəkildə nəmi hopdurun. Bitirdikdən sonra iki saniyə ərzindətəzyiq tətbiq edin. Bu, dodaqların bağlanmasına və udqunma refleksinə müsbət təsirgöstərir.
Əgər şəxs diş fırçasını dişləməyə meyllidirsə, üç başlı fırçadanistifadə edə bilərsiniz. Diş həkimi və gigiyenistinin məsləhəti və göstərişi ilədiş süngərindən də istifadə edə bilərsiniz.
Protezlərin təmizlənməsi zamanı sınmanın qarşısını almaq üçünprotezi üzəri dəsmal ilə örtülmüş hündür bir səth üzərində təmizləmək məsləhətgörülür.
ƏLCƏKLƏRIN ISTIFADƏSI MIKROB ÖTÜRÜLMƏSININQARŞISINI ALIR!
