Sağlam və təmiz ağız düzgün qidalanmaq, danışmaq və gülmək, digər insanlara rahatlıqla ünsiyyətdə ola bilmək üçün vacibdir. Düzgün çeynəmə həm də zehin və yaddaşa müsbət təsir göstərir, çünki bu proses, beyinə qan axınını stimullaşdırır. Əlavə olaraq, ağız gigiyenasının qənaətbəxş olmaması pnevmoniya və ürək-damar xəstəlikləri riskini artırır. Pis ağız gigiyenası şəkərli diabet xəstələrində qan şəkərinin səviyyəsinə də mənfi təsir göstərə bilər.
Düzgün fırçalama ərpi təmizləyir.
Ərp – qida hissəcikləri, tüpürcək və bakteriyaların qarışığından ibarət ağımtıl/sarımtıl təbəqədir, dişlərin arasında və üzərində, diş əti xətti boyunca toplanır.
Ərpin təmizlənməsi kariyesin, iltihabın, göbələk infeksiyalarının və ağrının qarşısını alır, sağlam görünüş və təravətli nəfəs bəxş edir. Bunu kim istəməz ki?
Burdada əks olunan məlumat həssas, qayğıya ehtiyacı olan və ağız gigiyenasına riayət etmək və ya stomatoloji müalicəyə üçün müraciyyət edə bilməyən şəxslər üçün nəzərdə tutulub.
